Azərbaycanda hərraca çıxarılacaq helikopter - FOTO

Avtobazar 5 Yanvar 2017 16:27 Oxunub 2498
Azərbaycanda hərraca çıxarılacaq helikopter - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanvarın 24-də hərraca çıxarılacaq helikopterlərin siyahısını açıqlayıb

Əmlak Məsələləri Dövlət Komitəsi yanvarın 24-də hərraca çıxarılacaq helikopterlərin siyahısını açıqlayıb. Buraxılış ili 1992-ci il olan, “Mİ-8 MTV1” markalı hava gəmisi 320 min manatdan başlayan qiymətlərlə hərraca çıxarılacaq. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq:

http://publika.az/storage/2017/01/05/mi_8.jpg

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün: notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN)

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh