Terrorçulara qarşı təkbaşına döyüşən yol polisi - Hamı ondan danışır - FOTO

Yol polisi 6 Yanvar 2017 01:24 Oxunub 3820
Terrorçulara qarşı təkbaşına döyüşən yol polisi - Hamı ondan danışır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Üç terrorçu ilə təkbaşına mübarizə apararaq birini məhv edən Fethi Sekin şəhid olub

İzmirdə baş verən partlayışda şəhid olan polisin kimliyi məlum olub. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, qəhrəman polis Fethi Sekin böyük bir faciənin qarşısını alıb. Belə ki, məhkəmə binasının qarşısında 3 terrorçu polisin onlardan şübhələndiyini görərək qaçmağa başlayıb. Daha sonra terrorçular avtomobili partladıb. Bu zaman polis "Canlı bomba var" deyərək onları hədəfə alıb. Üç terrorçu ilə təkbaşına mübarizə apararaq birini məhv edən Fethi Sekin qəhrəmancasına şəhid olub. Türkiyə mediası isə onu "İzmiri fəlakətdən xilas edən qəhrəman" kimi təqdim edib.

Türkiyə ondan danışır -  Terrorçulara qarşı təkbaşına...
Türkiyə ondan danışır -  Terrorçulara qarşı təkbaşına...

ŞƏRH YAZ
Ad

E-mail

Şərh