Polis maşını ilə yolda dana qovdular - VİDEO

Yol polisi 6 Yanvar 2017 01:44 Oxunub 1902
Polis maşını ilə yolda dana qovdular - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Amerikalı kovboyun məharəti dillər əzbəri oldu

ABŞ-da bir nəfərin qaçan dananı tutması kadrları internetdə baxış sayına görə çox populyarlaşıb. Həmin şəxs əlindəki kəməndi elə ilk cəhddən heyvanın boğazına keçirib. İstipress "The Daily Mail"ə istinadən bildirir ki, hadisə Tennessi ştatında olub. Yerli şerifə məlumat verilib ki, sahibindən qaçmış bir dana avtomobil yolunda ciddi təhlükə yaradır. Dananı tutmaq istəyən şerif Monte Belyu isə bu işdə ona kömək edə biləcək tanışı - kovboy Devid Bevillə xəbər verib. Patrul avtomobilinin kapotunun üstündə oturan Bevill isə öz məharətini lazımınca göstərib. O, elə bir cəhddə atdığı kəməndlə dananı tutub. Baş verənləri kameraya çəkən şerif sonradan onu internetə yerləşdirib və amerikalı kovboy "vəhşi qərb"in hələ də yaşadığını bir daha sübut edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh