Bakıda maşın ananı qızının gözü qarşısında belə vurdu - VİDEO

Yazarlar 10 Yanvar 2017 00:04 Oxunub 10561
Bakıda maşın ananı qızının gözü qarşısında belə vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadının cəmi bir addım irəli getməsi görün nələrə səbəb oldu

Bakıda yolayrıcında toqquşan avtomobillərdən biri yolun kənarında dayanmış qadın piyadanı vurub. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Mərkəzinə istinadən təqdim etdiyi videodan göründyü kimi, «Mitsubishi» markalı avtomobilin sürücüsü sağdan gələn «Mercedes» markalı avtomobilə yol vermədiyi üçün toqquşma baş verib. Həmin ərazidə düzünə hərəkət edənlərin sağdan gələnlərə yol verməsi tələb olunur və bunu bildirən yol nişanı da var. Lakin taksi fəaliyyəti ilə məşğul olan sürücü nişana əhəmiyyət verməyərək yüksək sürətlə hərəkəti davam etdirib. Bu zaman sağdan gələn avtomobillə toqquşan «Mitsubishi» yerində fırlanaraq yolu keçməyə çalışan qadını vurub. Aldığı zərbə qadını təxminən 2 metrdən artıq kənara tullayır və o, ağaca dəyərək yerə çırpılır. Qadın sağ qalsa da, həm avtomobilin zərbəsi, həm də ağaca çırpılması onun ağır xəsarət aldığını göstərir.

Kadrlardan aydın görünür ki, piyada qadınlar səkidən cəmi bir addım öndə dayanıblar. Elə bu da onlardan birinin vurulmasına səbəb olur. Əgər yolun hərəkət hissəsinə çıxmayıb səkidə gözləsəydi, yəqin ki, yerində fırlınan avtomobilin zərbəsinə tuş gəlməzdi. 

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh