XƏBƏR LENTİ
Zaqatalada maşın piyadanı vurub öldürdü
Tramp Ağ Evə gedərkən nümayişçilər limuzin yandırdılar - VİDEO
Sərnişinlərin nəzərinə - Məlumat terminalları işə düşdü - VİDEO
Etibarnamənin müddəti bitdikdə avtomobilin əvvəlki sahibini necə tapmaq olar? - VİDEO
Ramil Usubov rektorun kürəkənini rəis təyin etdi
Evlərdən və avtomobillərdən oğurluq edənlər saxlanılıb - FOTO
Rusiyada yol qəzasında 4 ölü, 5 yaralı
Tovuzda yol qəzası baş verib, xəsarət alan var
Bu günə olan hava proqnozu AÇIQLANDI
“Broker” MMC gömrükdə monopoliya yaradıb
«Okean» avtosalon yol polisinin yazdığı cərimədən pul qazanır - ŞİKAYƏT
Şamaxıya yagan qar magistral yolda çətinliklər yaradıb
"Stance" üslubunda "Ferrari 488" - FOTO
Pilotsuz təyyarələr kənd təsərrüfatında
Kosmosdan gələn 4 qəribə səs – VİDEO
Vitse-prezident evinə qatarla getdi - FOTO
Təyyarəyə vaxtında çata bilməsəniz nə etməlisiniz? – TÖVSİYƏ
Bakıda ağır qəza: 4 uşaq xəstəxanalıq oldu
Avtomobil aşdı: xəsarət alanlar var - Goranboyda
Sərhəddə Ermənistana məxsus PUA vurulub
Sürücünü öldürüb maşınını qaçıran şəxs Gürcüstana gedərkən tutuldu - Şəmkirdə
Dəhşətli qatar qəzası: 39 ölü, 50 yaralı - FOTO+VIDEO
BMW ilə narkotik daşıyırdı
Moskvaya uçan təyyarə Bakıda təcili eniş etdi
Bakıda drift: Avtomobil tozu dumana qatdı – VİDEO
Səfirliyinin qarşısında avtomobil partladıldı: 2 ölü
Təcili yardım maşınları üçün ehtiyat hissələri alır - Səhiyyə Nazirliyi
40-a yaxın aviareys təxirə salındı - Moskvada
Sürücü vurduğu piyadanı xəstəxanaya apardıqdan sonra qaçıb - Lənkəranda
İnkassator maşınından oğurluq edən şəxs saxlanıldı
Digər xəbərlər
Get Adobe Flash player
YOL QƏZALARININ VİDEOSU
Yeniliklər / 06 Yanvar 2017
Samuxda 10 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO-FOTO
11:57
253
Samuxda 10 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO-FOTO
Loading...
Yolun qalan 24 km-nin yenidən qurulması isə “Azəravtoyol” ASC-ə həvalə edilib

Samux rayonunun Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq işlər davam etdirilir. Ümumi uzunluğu 36 km olan yolun 12 km-i Azərbaycan Prezidentinin 9 iyun 2014-cü il tarixli Sərəncamına əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 24 km-nin yenidən qurulması isə “Azəravtoyol” ASC-ə həvalə edilib. Hazırda cəmiyyət tərəfindən yolun sözügedən hissəsinin tikintisi işləri texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır. Layihə çərçivəsində eni 4 metr olan yolun hərəkət hissəsi genişləndirilərək 6 metrə çatdırılır. Bunun üçün yolun yararsız qruntu 1 m-ə qədər qazılaraq çıxarılır, əvəzinə 10 metr enində yeni yol yatağı inşa edilir. Torpaq işləri yekunlaşdıqdan sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası və hazır hissələrə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.

Tikintinin aparıldığı ərazilərdə yol boyu maneələr kənarlaşdırılır, kommunikasiya xətləri köçürülür. Şəxsi istifadə üçün və əkin sahələrinin suvarılmasını təmin etmək məqsədi ilə yolun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş köhnə su boruları bərpa edilir, buna paralel olaraq yeni su boruları qurulur, su keçidləri inşa edilir. Yolun 23-cü km-də, Gəncə çayı üzərində isə 63 metr uzunluğunda, 11.5 metr enində 2 aşırımlı körpünün inşası da aparılır.

Qeyd edək ki, Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə 10 yaşayış məntəqəsində yaşayan 23 min nəfər əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq, insanların yetişdirdikləri kənd təsərrüfatı məhsullarını tez bir zamanda və rahat şəkildə bazarlara daşınmasına şərait yaradılmış olacaq.

 

Elmin

Oxunub: 253
Video
Foto
Şərh yaz
Ad
E-mail
Mesajınız
Digər xəbərlər