Azərbaycanda yol polisi maşınları yandı - İdarədə

Yol polisi 6 Yanvar 2017 13:08 Oxunub 7579
Azərbaycanda yol polisi maşınları yandı - İdarədə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Abşeronda "BMW” və “Mercedes” markalı maşınlar yanıb

Abşeron rayon Polis İdarəsinin həyətində yanğın olub. Avtosfer.az APA-ya istinadən xəbər veirr ki, idarənin həyətində dayanmış, “BMW” markalı Yol Patrul Xidməti avtomobili və polis əməkdaşlarından birinə məxsus “Mercedes” markalı maşın yanıb. Həyata keçirilən tədbirlər nəticəsində yanğının polis idarəsinin inzibati binasına keçməsinin qarşısı alınıb.

***

Abşeron rayonunda “BMW” markalı minik avtomobilinin mühərrik hissəsi, salonu və “Mercedes” markalı minik avtomobilinin baqajı və salonu yanıb. Avtosfer.az FHN-in saytına istinadən məlumat verir ki, avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh