Çılpaq qadın polis avtomobilini qaçırdı

Maraqlı 6 Yanvar 2017 22:22 Oxunub 1522
Çılpaq qadın polis avtomobilini qaçırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaçaq avtomobildən düşdükdən sonra asayiş keşikçiləri onu saxlaya biliblər

ABŞ-ın Arizona ştatında təcavüzə uğradığını bəyan edən qadın polis şerifinin avtomobilini qaçıraraq yüksək sürətli təqibə səbəb olub. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Marikopa dairəsindən bildiriblər ki, polis şerifinin müavini daxil olan çağırışla əlaqədar yanacaqdoldurma məntəqələrindən birinə gəlib. Burada o, çılpaq və həddən artıq pərişan halda olan qadınla rastlaşıb. Polis avtomobildən düşüb qadının üstünü örtməyə çalışarkən qadın sürücü oturacağına keçərək yüksək sürətlə yanacaqdoldurma məntəqəsini tərk edib. Təqib bir saata yaxın davam edib. Polislər qaçırılan avtomobilin təkərinin şinlərini deşiblər, avtomobil qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşub. 

Qaçaq avtomobildən düşdükdən sonra asayiş keşikçiləri onu saxlaya biliblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh