“BMW”sini parkinqdə unutdu - 6 aya 6 200 dollar ödədi

Avtoxəbər 6 Yanvar 2017 19:00 Oxunub 3064
“BMW”sini parkinqdə unutdu - 6 aya 6 200 dollar ödədi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis maşını 6 ay sonra şəhər mərkəzindəki parkinqlərdən birində tapıb

Böyük Briyaniyada maraqlı hadisə yaşanıb. Avtofser.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Şotlandiyadan İngiltərəyə gedən vətəndaş avtomobilini park etdiyi yeri unudub. Belə ki, dostunun “BMW”si ilə konsertə gedən adam daha sonra maşını saxladığı dayanacağı yadına sala bilməyib. Beş gün axtarışdan sonra o, Şotlandiyaya geri qayıdıb. Avqust ayında isə vətəndaş polisə “avtomobilin itməsi və ya oğurlanması” barədə müraciət edib. Mançester polisi maşını 6 ay sonra şəhər mərkəzindəki parkinqlərdən birində tapıb. O da məlum olub ki, 6 aylıq parka görə, şotlandın 6 200 dollar borcu yaranıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh