“Microsoft” "BMW" və "Nissan"da süni intellekt quraşdıracaq

Avtodünya 6 Yanvar 2017 21:00 Oxunub 1691
 “Microsoft” "BMW" və "Nissan"da süni intellekt quraşdıracaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Artıq süni intellektin sınağı da keçirilib

ABŞ-ın “Microsoft” korporasiyası “Nissan” və BMW avtomobillərinin bəzi modellərində “Cortana” süni intellekt sistemi quraşdırmaq niyyətindədir. 

Avtosfer.az lent.az-a istinadən məlumat verir ki, bunu korporasiya nümayəndələri ABŞ-ın Las-Veqas şəhərində keçirilən “Consumer Electronics Show (CES) 2017” sərgisində açıqlayıblar. Artıq süni intellektin sınağı da keçirilib. Test zamanı “Cortana” sistemi sürücüyə optimal marşrutu seçməkdə kömək edib. Nəqliyyat vasitəsini saxladıqdan dərhal sonra isə sürücünü maşını icazə verilən yerdə saxlayıb-saxlamadığı barədə məlumatlandırıb.

“Cortana” sisteminin avtomobilin alətlər panelinə quraşdırılması planlaşdırılır. Bu, sürücünün nəzərdə tutulan car işlərin, hadisələrin, xəbər və xatırlatmaların siyahısına da baxmasına imkan verəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh