Naxçıvanda yaşayan sürücü Bakıda radara düşdü - VİDEO

Xəbərlər 7 Yanvar 2017 00:08 Oxunub 7480
Naxçıvanda yaşayan sürücü Bakıda radara düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü iddia edir ki, onun avtomobili heç vaxt paytaxda olmayıb

Naxçıvanda yaşayır, amma Bakıda radara düşməsi barədə protakol alıb. İşiqforun qırmızı işığından keçməsi ilə bağlı sürücüyə ''MMX'' radar gəlib. Sürücü isə iddia edir ki, onun avtomobili heç vaxt paytaxda olmayıb. Bəs radara kim düşüb və bu sürücüyə yazılan cəriməni kim ödəməlidir?

Naxçıvan Muxtar Respublikasnının Culfa rayon sakini İlqar Abdullayev bu videomüraciəti "WhatsApp" nömrəsinə göndərib. Sürücü bildirir ki, özü Bakıya gəlib-getsə də avtomobili heç vaxt paytaxa gətirməyib. Amma bir müddət əvvəl yaşadığı ünvana pratakol gəlib ki, keçən ilin yanvar ayının 11-də Bakıda qayda pozuntusuna yol vermisən.

Sürücü İlqar Abdullayev bununla bağlı Naxçıvan Dövlət Yol Polis İdarəsinə müraciət edib. Ordan bildiriblər ki, sözügedən qayda pozuntusunu onun avtomobili yəni 85-BS-835 yox, 85-BS-935 dövlət nömrə nişanlı avtomobil pozub. Bununla bağlı isə Baş Dövlət Yol Polis İdarəsinə müraciət etməlidir.

Baş Dövlət Yol Polis İdarəsinin Şöbə rəisi Kamran Əliyev məsələni araşdırdıqdan sonra, həqiqətən də işıqforun qırmızı işığında İlqar Abdullayevin yox, 85-BS-935 dövlət nömrə nişanlı avtomobilin keçdiyini müəyyən etdi. Şöbə rəisi bildirdi ki, radarın nömrə tanıma sistemində texniki səhv olub və radarın cəriməsi digər avtomobilə yönləndirlib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh