Bu avtomobillərin ətrafa saçdığı təhlükə çox böyükdür - VİDEO

Qaydalar 7 Yanvar 2017 00:14 Oxunub 1333
Bu avtomobillərin ətrafa saçdığı təhlükə çox böyükdür - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük çənində tonlarla təhlükəli maddə olan avtomobillər yaşayış evlərinin sıx olduğu yoldan keçir

Yük çənində tonlarla təhlükəli maddə olan avtomobillər yaşayış evlərinin sıx olduğu yoldan keçir. Üstəlik, həmin avtomobillər bəzən 10 dəqiqədən çox bu ərazidə tıxaca da düşür. Bura paytaxtın Xətai rayonu, Həzi Aslanov əsəbəsi Kazımağa Kazımov küçəsidir. Qəsəbədə bir neçə yerdə mərkəzi yanacaqdoldurma depoları olduğundan hər gün yüzlərlə yanacaqdaşıyan avtomobil çəni dolu halda bu yoldan keçir. Bu isə ən çox qəsəbə sakinlərini narahat edir.

Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, qanuna əsasən, təhlükəli yüklərin avtomobil ilə daşınması üçün marşrut bir neçə dövlət qurumunun razılığı əsasında müəyyən edilməlidir. Üstəlik, bunun bəzi şərtləri də var. Ekspertin sözlərinə görə, sözügedən ərazilərdə tikinti normaları da pozulduğundan risk daha da artır.

Qaydalara əsasən, təhlükəli maddələrin saxlanıldığı anbarların əhatəsi kilometrlərlə boş ərazi olmalıdır

Bakı şəhər Dövlət Yol polis idarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, həmin əraziyə baxış keçiriləcək. Əgər vətəndaşlar üçün konkret təhlükə aşkarlanarsa, müvafiq tədbirlər görüləcək. Bölmə rəisi həmçinin tövsiyyə edib ki, əgər çəni təhlükəli maddə ilə dolu yük avtomobili yaşayış evlərinin yaxınlığında xarab olursa, həmin avtomobil mütləq ən qısa zamanda ərazidən uzaqlaşdırılmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh