Yolda işıqlandırma yoxdur - Sürücülər və piyadalar təhlükədə - VİDEO

Xəbərlər 7 Yanvar 2017 00:27 Oxunub 1586
Yolda işıqlandırma yoxdur - Sürücülər və piyadalar təhlükədə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gecə vaxtı bu yoldan keçmək bir neçə insanın həyatı bahasına başa gəlib

Sürücülər və piyadalar təhlükədə. Yolda işıqlandırma yoxdur. Gecə vaxtı bu yoldan keçmək bir neçə insanın həyatı bahasına başa gəlib. Söhbət sürücüləri Paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsindən Xəzər rayonu Buzovna qəsəbəsinə aparan yoldan gedir. Ərazidə çəkiliş apardığımız zaman yoldan həqiqətəndə istifadə etməyin nə qədər təhlükəli olduğunun şahidi olduq.Piyadalar və sürücülərin sözlərinə görə,bu ərazidə tez-tez qəzalar baş verir.

Ərazidə yaşayan vətəndaşlar deyir ki,əvvəl bu yolda işıq dirəkləri olub ,ancaq sonradan hansısa səbəbdən dirəklər götürülüb.

Bununla yanaşı ərazidə bir neçə piyada zolağı var ,ancaq nişanların üzərindəki işıq siqnalı işləmədiyindən problem daha da ağırlaşır.Sürücü yolda piyadanı görmədiyindən qəza baş verir.

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətindən isə bildirildi ki, sakinlərin müraciəti nəzərə alınaraq həmin yolun işıqlandırılması üçün aidiyyatı qrumlara müraciət edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh