Əlli min avtomobili geri çağırır - Alman şirkəti

Avtoxəbər 8 Yanvar 2017 14:42 Oxunub 2050
Əlli min avtomobili geri çağırır - Alman şirkəti
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət "kruiz control" sistemindən istifadə etməməyi tövsiyə edib

Almaniyanın "Volkswagen" şirkəti Çindən təxminən 50 min avtomobili əyləc sistemindəki qüsurlara görə geri çağırır. Avtosfer.az azərtac-a istinadən bildirir ki, Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının məlumatına görə, fevralın 6-dan başlayacaq proses çərçivəsində 2012-ci ilin iyulundan 2015-ci ilin aprelinədək olan dövrdə istehsal olunan "Beetle" və "Golf" modelləri geri çağırılacaq. Qüsurları istehsalçı şirkət təmənnasız aradan qaldıracaq.

"Volkswagen" qüsurlar aradan qaldırılmayanadək sürücülərə həmin nəqliyyat vasitələrinin "kruiz control" sistemindən istifadə etməməyi tövsiyə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh