Ölü qızın kabusu taksiyə mindi - DƏHŞƏTLİ VİDEO

Avtoreyd 8 Yanvar 2017 19:30 Oxunub 9556
Ölü qızın kabusu taksiyə mindi - DƏHŞƏTLİ VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ruhlar təyinat məntəqəsinə çatmamış yoxa çıxır

Sosial şəbəkədə qara, uzun saçlı qızın ruhunun sərnişinin ardınca taksiyə mindiyini açıq-aşkar göstərən video yayılıb. Qaranlıq siluet hərəkət edən avtomobilə sarı gəlib və taksiyə minib. Lakin ruhun taksiyə mindiyini nə sürücü, nə də sərnişin hiss edib. Taksinin qapısı bağlanan kimi ruh yoxa çıxıb.

Avtosfer.az Publika.az-a istinadən xəbər verir ki, qızın taksiyə minməsi yol kənarında quraşdırılmış videoya düşüb. Hadisə isə 2012-ci ildə Yaponiyada baş verib. Lakin video bu yaxınlarda yayılıb və ictimaiyyətin diqqətini cəlb edib. Videoda ölü qızın uzun, ağ paltarda olduğu güman edilir.

Qeyd etmək lazımdır ki, Yaponiyanın İsinomaki şəhərində sakinlər nəinki ruhların olduğuna inanır, həm də onları öz gözləri ilə gördüyünü iddia edir. Şəhərin sakinlərinin sözlərinə görə, 2011-ci ilin mart ayında baş vermiş dəhşətli sunamidən sonra taksi xidmətləri sifariş edilir, lakin sərnişinlər, daha doğrusu ruhlar təyinat məntəqəsinə çatmamış yoxa çıxır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh