Etibarnamə ilə aldığı avtomobil əldən çıxmaq üzrədir - Azərbaycanda - VİDEO

Yazarlar 9 Yanvar 2017 00:57 Oxunub 4047
Etibarnamə ilə aldığı avtomobil əldən çıxmaq üzrədir - Azərbaycanda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2012-ci ildə etibarnamə ilə aldığı avtomobili indi sürə bilmir

Etibarnamə ilə avtomobil alan daha bir şəxs problemlə üzləşib. Söhbət Ağcəbədi sakini Vüsal Muradovdan gedib. Onun etibarnamə ilə aldığı avtomobilinin üzərinə həbs qoyulub. Buna səbəb avtomobilin əsl sahibinin banka küllü miqdarda kredit borcunun olmasıdır. Zərərçəkən indi probleminin həll edilməsini, borclu sahibinin borcunu banka qaytarmasını istəyir.

Vəkil Xəyal Bəşirov isə deyir ki, əgər sübuta yetirilsə ki, avtomobil həqiqətən bu şəxsə satılıb, bu zaman onun üzərindən həbs qaldırıla bilər.

Vəkil bu cür problemlərin yaşanmaması üçün vətəndaşlara tövsiyyə edir ki, avtomobil alan şəxslər mütləq öz adlarına rəsmiləşdirməlidir. Əks halda belə problemlərlə üzləşmək qaçınılmazdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh