İt avtobusun oturacağında narkotik tapdı

Gündəm 9 Yanvar 2017 14:25 Oxunub 875
İt avtobusun oturacağında narkotik tapdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Avtobusun oturacağında narkotik vasitə aşkar edilib. Avtosfer.az xəbər veriri ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtobusun sərnişin oturacağının üzlüyünün altından bir bükümdə xalis çəkisi 24,878 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh