XƏBƏR LENTİ
Azərbaycanda digər dövlətlərin təyyarələrinin uçuş təhlükəsizliyi yoxlanılacaq
Polislərin xidmət müddəti artırıla bilər
Şamaxıda təhlükə: 3 kəndlə əlaqə kəsilə bilər - VİDEO
Avtomobili çəkiclə əzilən yol polisi işdən çıxarılıb
Bakının mərkəzində küçəni zibilləyən sürücü kameraya düşdü - VİDEO
Qəza törədən sürücü məqalə yazıb özünü sərt - Tənqid etdi
Qəzada ölən icra başçısı köməkçisinin şəriki olan polis kimdir? - ''Şərəfsizlikdir''
Yeddi nəfərin başı kəsilmiş cəsədi tapıldı - Taksidə
“Mercedes” yandı – Bakıda
Qatar qəzasında ölənlərin sayı 41 nəfərə çatıb
Sabaha olan hava proqnozu AÇIQLANDI
Avtomobili əlindən alınaraq bıçaqlanan taksi sürücüsü öldü
Avstraliya aeroportlarında pasport yoxlaması olmayacaq
Londonda 100-ə yaxın reys təxirə salındı
70 yaşlı qadın faciəvi şəkildə həyatını itirdi - Bakıda
''Həmin “həkim” qadın polislərlə əlbir işləyir...'' - YPX-nin “Maliki” KİMDİR?
Avtomobil dirəyə çırpıldı: sürücü ölüb - Şirvanda
Ağsu dolaylarında avtomobillərin hərəkəti bərpa olundu
Bakı Şəhər Halqasının stendi böyük marağa səbəb olub - FOTO
Ağır yol qəzası: 3 ölü, 7 yaralı
SOCAR Türkiyədə yeni yanacaqdoldurma şəbəkəsi yarada bilər
“Avtomotoservis” özəlləşdirilir
Moskva aeroportlarında 36 reys təxirə salınıb, 11-i gecikir
Avtomobillərdən akkumlyatorlar oğurlanıb - Salyanda
Ali Baş Komandan İlham Əliyev yeni hərbi şəhərciyin açılışında iştirak edib
Böyük Şor-Sabunçu dəmir yolu əsaslı təmir olunur - FOTO
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2-3 aya tamamlanacaq
Ölümlə nəticələnən yol qəzası törədən şəxsin cəzası yüngülləşdirilib
Bişkek yaxınlığında qəzaya uğramış təyyarədə ölənlərin sayı 39 nəfərə çatıb
İki avtomobil toqquşdu: 5 ölü, 4 yaralı
Digər xəbərlər
Get Adobe Flash player
YOL QƏZALARININ VİDEOSU
Gündəm / 09 Yanvar 2017
Yol polisi maşınını əzən şəxsdən ŞOK sözlər: "Təhqir etdilər, mən də hücum etdim"
15:08
23700
Yol polisi maşınını əzən şəxsdən ŞOK sözlər: "Təhqir etdilər, mən də hücum etdim"
Loading...
Bakıda DYP avtomobilini çəkiclə əzən şəxs məhkəmədə ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində Yol Patrul Xidməti (YPX) avtomobilini çəkiclə əzən Şahin Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Avtosfer.az apa-ya istinadən xəbər veriri ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Aqil Səfərov ifadəsində deyib ki, Nizami rayon Polis İdarəsində sahə inspektoru vəzifəsində çalışır. O deyib ki, Ş.Bəylərov YPX avtomobilini çəkiclə əzdiyi üçün bölməyə gətirilib. Şahidin sözlərinə görə, tutulan şəxs bölməyə gətirildikdən sonra onun cibində sellofana bükülü narkotik vasitə aşkarlanıb: "Şahin Bəylərov narkotiki haradan alması barədə məlumat vermədi. Ancaq könüllü şəkildə bunu bizə təqdim etdi".

Təqsirləndirilən Ş. Bəylərov şahidin ifadəsi ilə razılaşmayıb və bunun yalan olduğunu deyib. O, narkotik vasitə istifadə etmədiyini bildirib. Ş.Bəylərov ifadəsində YPX avtomobilini polis əməkdaşları tərəfindən təhqir olunduğu üçün əzdiyini qeyd edib: "Avtomobil idarə edəndə çox vaxt məni saxlayırdılar. Bezmişdim. Bir dəfə də piyada keçidi ilə hərəkət edəndə, mənə dedilər ki, "rədd ol, yoldan". Buna görə əsəbiləşib, avtomobilə hücum etdim".

Nərimanov Rayon Polis İdarəsinin əməliyyat müvəkkilli Seyidağa Abbasov deyib ki, 2016-cı ilin fevralın 17-də Ş. Bəylərov bölməyə gətirilərkən hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilib və narkotik maddə tapılıb.

Proses yanvarın 16-da davam etdiriləcək.

Qeyd edək ki, ötən il fevralın 18-də Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, əvvəllər məhkum edilmiş Ş.Bəylərov Bakıda xidmət aparan “BMW” markalı, 99-YP-423 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb.

Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin sərxoş halda olması müəyyənləşib. Ondan 302,477 qram heroin götürülüb. O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. 

Oxunub: 23700
Foto
Şərh yaz
Ad
E-mail
Mesajınız
Digər xəbərlər