“Mersedes”dən tarixi rekord

Avtoxəbər 9 Yanvar 2017 15:13 Oxunub 1766
“Mersedes”dən tarixi rekord
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sonuncu il dünya üzrə satış 11,6 faiz artıb

Almaniyanın “Mersedes-Benz” şirkəti 2016-cı ildə 2,08 milyon avtomobil satıb. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumat “Daymler” avtokonserninin saytında yer alıb. Müvafiq göstərici şirkətin tarixində rekord hesab edilir.

“Mersedes-Benz”in hesablamasına görə, şirkət 2016-cı ildə premium-klass minik avtomobillərinin satışı üzrə lider olub. Bundan əvvəl “Audi” ötən il ərzində 1,87 milyon satılmış maşın barədə hesabat verib. “Mersedes-Benz”in digər rəqibi “BMW” 2016-cı ildə satışın yekunu barədə hələ məlumat verməyib. “BMW” 11 ay ərzində 1,82 milyon avtomobil satıb.

 

“Daimler”in başçısı Diter Tsetşe bildirib ki, ardıcıl olaraq altı ildir “Mersedes-Benz”in satış həcmi yüksəlir. Sonuncu il dünya üzrə satış 11,6 faiz artıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh