"5 mərtəbə" dairəsində hərəkət əvvəlki vəziyyətə qaytarıldı - FOTOLAR

Avtoxəbər 9 Yanvar 2017 16:42 Oxunub 4746
"5 mərtəbə" dairəsində hərəkət əvvəlki vəziyyətə qaytarıldı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dairəyə daxil olanlar dairədəkilərə yol verməlidir

Xəbər verdiyimiz kimi, ''beşmərtəbə dairəsi''ndə hərəkət qaydasına 2 gün əvvəl dəyişiklik edilib. Belə ki, əvvəl dairədəkilər sərbəst hərəkət etdiyi halda Azərbaycan prospektindən gələnlərə üstünlük verilmişdi. "Nizami" metrosu tərəfdən gələnlər isə dairədəki "Stop" nişanının yanandı dayanmalı idilər. Lakin bu, normal yanaşma deyildi və çaşqınlıq yaradırdı. Eyni zamanda, yeni qaydaların tətbiqində də xeyli səhvə yol vermişdilər.

Avtosfer.az-ın məlumatına görə, artıq bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları dairədə hərəkət qaydalarını əvvəlki vəziyyətə gətiriblər. Dairədəki "Stop" nişanı götürülüb, Azərbaycan prospekti istiqamətindən də dairə nişanı qoyulub.

Qeyd edək ki, bu dəyişiklik ekspertlər və sürücülər tərəfindən sərt tənqid olunmuşdu.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh