“Jeep”, “Dodge” və “Chrysler”in Azərbaycandakı sahibi dəyişdi

Avtobazar 9 Yanvar 2017 18:48 Oxunub 2139
“Jeep”, “Dodge” və “Chrysler”in Azərbaycandakı sahibi dəyişdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni avtomobilləri Azərbaycana "Avtolux Azerbaijan” şirkəti gətirəcək

"Jeep”, "Dodge” və "Crysler”in Azərbaycandakı rəsmi təmsilçisi dəyişib. Avtosfer.az-ın Fins.az-a istinadən məlumatına görə, 2017-ci ildən yeni "Jeep”, "Dodge”, "Crysler” avtomobillərini Azərbaycana "Avtolux Azerbaijan” şirkəti gətirəcək. Şirkətdən verilən məlumata görə, hər 3 marka ilə bağlı ötən ilin sentyabr ayında zavodla əldə edilən razılaşmaya əsasən, bu brendlərin Azərbaycanda rəsmi təmsilçisi "Avtolux Azerbaijan” seçilib.

Qeyd edək ki, buna qədər "Jeep” "Dodge”, "Crysler” marklarını Azərbaycanda rəsmi idxalçısı "Auto Azerbaijan” şirkəti idi. "Avtolux Azerbaijan”dan əlavə ediblər ki, "Auto Azerbaijan” stokda qalan bu markaya aid avtomobilləri sata bilər. Bu ildən etibarən yeni modellərin gətirilməsi hüququ isə rəsmi olaraq "Avtolux Azerbaijan”a verilib.

Xatırladaq ki, bununla da "Avtolux Azerbaijan”ın satışını həyata keçirəcəyi avtomobil markalarının sayı 7-ə çatıb. Buna qədər şirkət "Ferrari”, "Lamborghini” və "Aston Martin” superkarlarının rəsmi təmsilçisi idi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh