Britaniyanın "Oksford"u Bakıda uzun tıxac yaratdı - FOTO

Gündəm 9 Yanvar 2017 16:50 Oxunub 1436
Britaniyanın "Oksford"u Bakıda uzun tıxac yaratdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məktəbdə valideyn iclasının olması küçədə hərəkəti xeyli çətinləşdirib

Bakıda uzun tıxac yaranıb. İstiPress-in məlumatına görə, Milli Məclisin arxa tərəfində olan Abbasqulu Abbaszadə küçəsində yaranan 40 dəqiqəyə yaxın davam edib. Tıxacın yaranmasına səbəb Böyük Britaniyanın Azərbaycanda fəaliyyət gösətərən, yuxarıda qeyd edilən küçədə yerləşən "Oksford" məktəbində valideyn iclasının keçirilməsidir. Belə ki, valideynlər iclasa avtomobillə gəldiyi üçün onlar maşınlarını məktəbin qarşısında park ediblər. Bu isə küçədə süni tıxacın yaranmasına səbəb olub.

Onu qeyd edək ki, şagirdlərin iclasına gələn valideynlərdən bir çoxu bəzi dövlət qurumlarının xidməti avtomobilləri ilə gəliblər. Valideynlərin məktəblərə uşaqların arxasınca şəxsi və ya xidməti avtomobillərlə gəlməsi və bunun süni tıxaclara səbəb olması dəfələrlə KİV-də işıqlandırılsa da təəssüf ki, nəticə vermir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh