Xüsusi Komissiya yaradıldı - Şamaxıda çökən yola görə

Gündəm 9 Yanvar 2017 19:50 Oxunub 1038
Xüsusi Komissiya yaradıldı - Şamaxıda çökən yola görə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun çökməsi Şamaxının 4 kəndinin mərkəzlə əlaqəsini çətinləşdirmişdi

Dekabrın 6-da çökmə baş verən Şamaxı-Qızmeydan avtomobil yolunun tam bərpası ilə bağlı komissiya yaradılıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, yaradılan komissiya əraziyə baxış keçirib:

"Sürüşmənin nədən baş verdiyi, hansı qabaqlayıcı tədbirlərin görülməsi aydınlaşdırılıb. Bununla bağlı komissiya tərəfindən təkliflər hazırlanaraq aidiyyəti üzrə göndərilib. Hazırda məsələ diqqətdə saxlanılır. Orda sürüşmənin qarşısını almaq üçün mühəndis qurğular inşa edilməlidir. Çalışacağıq ki, tez bir zamanda ərazidə bu istiqamətdə işlərə başlayaq".

A.Nəcəfli bildirib ki, hazırda ərazidə avtomobillərin normal hərəkəti üçün heç bir çətinlik müşahidə olunmur.

Xatırladaq ki, dekabrın 6-da baş verən sürüşmə nəticəsində adıçəkilən yolun 10 metrdən artıq hissəsi çökmüşdü. Yolun çökməsi Şamaxının 4 kəndinin mərkəzlə əlaqəsini çətinləşdirmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh