Sürücü bu protokolu necə ləğv etdirə bilər? - VİDEO

Xəbərlər 10 Yanvar 2017 00:33 Oxunub 4244
Sürücü bu protokolu necə ləğv etdirə bilər? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin cəriməsi sahibinə yox, başqasına gəlib - "Mənim belə maşınım yoxdur"

Ağcabədinin Hindarx qəsəbə sakini Zülfü Həsənova Şəki ərazisində qayda pozması barədə protokol göndərilib. Onun sözlərinə görə, heç vaxt bu cür avtomobili olmayıb. Zülfü Həsənov bildirir ki, avtomobilin üzərindəki dövlət qeydiyyat nişanı onun 3 il əvvəl satdığı yük maşınındakının eynisidir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu texniki səhvdir. Avtombil başqa şəxsin adına keçirildikdə dövlət qeydiyyatı nişanı alınır və yenisi verilir. Alınan qeydiyyat nişanı isə başqa bir avtomobilə verilə bilər. Ərşad Hüseynovun sözlərinə görə, Zülfü Həsənov Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək protokolu ləğv elətdirə bilər. Bu zaman məsələ araşdırılacaq və protokol qayda pozan şəxsin adına rəsmiləşdiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh