Nasaz avtobusların xətdən çıxarılacağı vədi niyə reallaşmadı? - VİDEO

Yazarlar 10 Yanvar 2017 01:26 Oxunub 1447
Nasaz avtobusların xətdən çıxarılacağı vədi niyə reallaşmadı? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Proses yubanır

Bakı Nəqliyyat Agentliyi 2016-ci ilin sonuna kimi nasaz avtobusların xətdən çıxarılacağını və müasirləri ilə əvəz ediləcəyini bildirmişdi. Eyni zamanda bütün avtobuslar vahid kart sisteminə keçməli idi. Amma proses yubanıb. Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mayis Ağayevin sözlərinə görə, buna səbəb nasaz avtobusların çoxluq təşkil etməsidir. İlin sonunadək yekunlaşdırılmalı olan digər bir proses “Bakıkart”a keçid idi.  Məsələ ilə bağlı Agentlikdən bildirildi ki, hazırda 17 marşrut xəttindəki avtobuslar kartla ödəmə sisteminə keçib. Lakin hamısının keçməsi üçün avtobuslar müəyyən tələblərə cavab verməlidir.

Vahid kart sisteminə yaxın bir neçə ay ərzində tam keçiləcəyi gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh