Texniki baxış məntəqəsi bom-boş qalıb - Müraciət edən çox azdır - VİDEO

Avtoxəbər 10 Yanvar 2017 01:31 Oxunub 2747
Texniki baxış məntəqəsi bom-boş qalıb - Müraciət edən çox azdır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər gün 3-4 sürücü müraciət edir

Yanvarın 1 dən etibarən MDB ölkələrində istehsal edilən avtomobillər üçün texniki baxışa start verilsə də, müayinəyə gələn çox azdır. Müayinə mərkəzindən bildirilir ki, hər gün 3-4 belə maşının sürücüsü ancaq müraciət edir. 6 cərgəli müayinə mərkəzi tamamı ilə boşdur. MDB ölkələrində istehsal edilən avtomobillər və motosikletlərin üçün müayinəyə artıq 9 gündür start verilsə də gün ərzində cəmi 3-4 maşın müayinə üçün müraciət edir.  Belə maşınlarda da əksər hallarda nasazlıq aşkarlanır.

Müayinə mərkəzindən bildirilir ki, sürücülər texniki baxış üçün tez müraciət etsələr, maşında nasazlıq aşkarlandığı halda onu aradan qaldırmaq üçün vaxtları da olar. Bu avtomobillər üçün müayinə vaxtı aprelin sonunda bitir. Sürücülərin əksəriyyəti də məhz  son günlərdə texniki baxışdan keçməyə üstülük verirlər. Bu zaman isə uzun növbələr yaranır və sürücülər xeyli vaxt itirirlər.

Qeyd edək ki, avtomobillər indi texniki baxışdan keçsələr belə, onlara təqdim olunan sənəd növbəti ilin aprelinə qədər qüvvədə olur. Avtomobilin texniki baxışdan keçirilməməsinə görə cərimə isə fiziki şəxslər üçün 50 manatdır. 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh