Avtomobil aşdı: 1 ölü, 3 yaralı
Qəzalar 10 Yanvar 2017 12:45 216 dəfə oxunub
Avtomobil aşdı: 1 ölü, 3 yaralı
Qəzaya səbəb kimi pis hava şəraiti göstərilir

Gürcüstanda ağır yol qəzası baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Qori-Skra yolunda qeydə alınıb. Minik avtomobilinin buzlu yolda sürüşərək aşması nəticəsində 3 yaşlı uşaq həyatını itirib. Biri uşaq olmaqla, daha 3 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onların üzərində cərrahiyə əməliyyatı aparıldığı bildirilir.

 

Qəzaya səbəb kimi pis hava şəraiti göstərilir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh