Bakıda polkovnikin xanımı yol qəzasında öldü - FOTO

Gündəm 10 Yanvar 2017 15:01 Oxunub 18329
Bakıda polkovnikin xanımı yol qəzasında öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
''Nissan'' markalı avtomobil "İveco" markalı avtobusla toqquşub

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi faciəvi şəkildə həlak olub. Avtosfer.az criminal.az-a istinadən xəbər verir ki, universitetin ''İnformatika'' kafedrasının müəllimi Sevda ismayılovanın idarə etdiyi ''Nissan'' markalı avtomobil yanvarın 9-da saat 16 radələrində Binəqədi rayonunun C.Xəndan küçəsində Malik Məmmədovun idarə etdiyi "BakıBus" MMC-yə məxsus "İveco" markalı (6 saylı xətt avtobusu) avtobusla toqquşub. S.İsmayılova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

S.ismayılova 1967-ci ilin fevral ayının 27-də Tovuz rayonunun Ələmərdanlı kəndində anadan olub. Müxtəlif illərdə Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə elm mərkəzində işləyib. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasının müəllimi idi. 

Məlumata görə, S.İsmaylovanın həyat yoldaşı isə polis zabitidir. Onun həyat yoldaşı polkovnik-leytenant Asif İsmayılov Daxili İşlər Nazirliyinin ''Xəzri'' istirahət Mərkəzinin baş mühasibidir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh