Qəmbər daşlarının üzəri yenə asfaltlanacaq - Niyazi küçəsində

Avtoreyd 10 Yanvar 2017 15:19 Oxunub 2120
Qəmbər daşlarının üzəri yenə asfaltlanacaq - Niyazi küçəsində
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mayda - İslam Həmrəyliyi Oyunlarından dərhal sonra trek ətrafında təhlükəsizlik baryerlərinin quraşdırılmasına başlanılacaq

Bu il keçiriləcək Formula 1 yarışları ilə əlaqədar Hökumət Evinin qarşısındakı Paddok ərazisində bütün infrastrukturun inşasına, yaz aylarında isə Niyazi küçəsində qəmbər daşları ilə örtülən hissənin asfalt qatla örtülməsinə başlanılacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ASAN Radio ilə müqavilənin imzalanması mərasimində deyib. Onun sözlərinə görə, aprel ayında tribunalar və müvəqqəti yerüstü keçidlərin quraşdırılmasına başlanılacaq. May ayında - İslam Həmrəyliyi Oyunlarından dərhal sonra trek ətrafında təhlükəsizlik baryerlərinin quraşdırılmasına başlanılacaq.

 

2017-ci il üçün Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar tikinti və montaj işləri 1-ci ildəki kimi böyük ölçüdə olmayacaq. Ümumilikdə, trekin konfiqurasiyası dəyişməz olaraq, qalır. Yalnız bəzi döngələrdə təhlükəsizlik baxımından modifikasiya işləri aparılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh