Duman Goranboyda yol qəzasına səbəb olub - FOTO
Qəzalar 10 Yanvar 2017 18:47 329 dəfə oxunub
Duman Goranboyda yol qəzasına səbəb olub - FOTO
VAZ 21015 markalı minik avtomobilləri toqquşub

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Goranboy-Naftalan yolunun Qızılhacılı qəsəbəsindən keçən hissəsində "VAZ 21015" markalı minik avtomobilləri toqquşub. Nəticədə maşınlardan biri yoldan çıxaraq aşıb. Qəzada xəsarət alan olmasa da, ancaq hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisəyə qatı dumanın səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gecədən başlayaraq ölkənin qərb bölgəsində qatı duman müşahidə edilir.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh