Sürücülərə yerin altına girməyi göstərən yol nişanı - FOTO

Xəbərlər 10 Yanvar 2017 23:41 Oxunub 11584
Sürücülərə yerin altına girməyi göstərən yol nişanı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dünyada anoloqu olmayan yol nişanı

Novxanı qəsəbəsində quraşdırılmış bir yol nişanı görənləri şoka salır. Qəsəbə sakinləri bildirib ki, bir müddət öncə ərazidə təmir işləri aparıldıqdan sonra yola nişan qoyulub. Nişanın isə nəinki dünyada, heç Azərbaycanda da analoqu yoxdur. Belə ki, nişanda hərəkət edən avtomobillərə ya yolun soluna, ya da yerin dibinə məcburi hərəkət edilməli olduğu bildirilir.

Avtosfer.az moderator.az-a istinadən həmin fotonu oxuculara təqdim edir.

Avtosfer.az saytının apardığı araşdırmalar nəticəsində məlum olum ki, foto bir müddət əvvəl çəkilib. Artıq həmin nişan da 3 ay əvvəl normal vəziyyətə gətirilib. DYP-dən də bildirdilər ki, ərazidə aparılan araşdırma nəticəsində belə bir nöqsan aşkar edilməyib: "Ola bilsin nişanın əyilməsi güclü küləyin təsirindən olub. Artıq ərazidə belə bir problem yoxdur. Foto çoxdan çəkilib. Ola bilər ki, foto başqa yerdə çəkilib. Əgər elədirsə, bunu çəkən adamdan xahiş edirik ki, Baş Dövlət Yol Polisi İdarəsi ilə (902 qaynar xətti) əlaqə saxlasın, əməkdaşlarımız dərhal məsələni həll etsin".

Sürücülərə yerin altına girməyi göstərən yol nişanı - FOTO
ŞƏRH YAZ
Ad

E-mail

Şərh