2008-ci ilin maşını 2005-ci ildə radara düşdü - Sürücü ŞOK-da - VİDEO

Avtoxəbər 10 Yanvar 2017 23:47 Oxunub 32458
2008-ci ilin maşını 2005-ci ildə radara düşdü - Sürücü ŞOK-da - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O vaxt bu avtomobilin sxemi də mövcud deyildi...

2008-ci ildə istehsal olunan avtomobil 2005-ci ildə radara düşüb. Bakı sakini Anar Ramazanov, aldığı avtomobili adına keçirmək üçün onun köhnə sahibi  ilə birlikdə Baş Dövlət Yol Polisi  idarəsinə yaxınlaşıb. Ona avtomobilin adında cərimə olduğu deyilib və alqı-satqının həyata keçirilməsi üçün cərimənin ödənilməsi şərt kimi göstərilib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevlə əlaqə saxladıq. Məlum oldu ki, problem, texniki səhv ucbatından baş verib. Nadir hallarda min sürücüdən birininin başına belə bir hadisə gəlir. Əslində, avtomobilin əvvəlki sürücüsü 2012-ci ildə radara düşüb. Cərimənin müddəti bitdiyinə görə məsələ öz həllini tapıb. Daha dəqiq desək, artıq sistem belə bir cərimənin mövcud olmadığını göstərir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh