Pul verib aldığı maşını əlindən aldılar - Sürücü çətin durumda - VİDEO

Xəbərlər 10 Yanvar 2017 23:49 Oxunub 2578
Pul verib aldığı maşını əlindən aldılar - Sürücü çətin durumda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil məhkəmənin qərarı ilə ilk sahibinə qaytarılıb

Sumqayıtda məskunlaşan Zəngilandan məcburi köçkün Qasım Orucov ötən ilin fevral ayında Ağdam sakini Samir Əyyubovdan 3600 manata minik avtomobili alıb. 4 ay sonra isə avtomobili qohumunun adına qeydiyyata saldırıb. Bir müddət sonra isə Vahid Aslanov adlı şəxs məhkəməyə müariciət edib və avtomobilin qaytarılması barədə iddia irəli sürüb. O ərizəsində bildirib ki, minik avtomobilini Qasım Orucovdan əvvəlki sahibi Samir Əyyubova satıb. Lakin Samir onu aldadıb və pulu tam ödəməyib. Ötən ilin noyabr ayında avtomobilə həbs qoyulub və sənədləri ilə birlikdə Qasım Orucovdan alınaraq müvəqqəti duracağa yerləşdirilib. 4 gün əvvəl isə avtomobil məhkəmənin qərarı ilə ilk sahibi Vahid Aslanova qaytarılıb.

Qasım Orucov məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh