Avtomobilini etibarnamə ilə tanışına verdi, başına iş açdı - VİDEO

Qaydalar 11 Yanvar 2017 01:42 Oxunub 2015
Avtomobilini etibarnamə ilə tanışına verdi, başına iş açdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü başqasının cərimələrini ödəmək məcburiyyətində qalıb

Avtomobilini etibarnamə ilə 2 aylıq müddətə tanışına verən Natiq Camalov onun cərimələrini ödəmək məcburiyyətində qalıb. Səbuhi Cəfərov adlı tanışı həmin müddətdə yazılmış cəriməni ödəməkdən imtina edir. Bir ildir ödənməyən cərimələrin üzərinə faiz gəlib və 400 manatı keçib. Nəticədə avtomobilə yol polisi tərəfindən həbs qoyulub. İndi Natiq Camalov avtomobilini nə sürə bilir, nə də cəriməsini ödətdirə bilir.

Ekspert Ərşad Hüseynov da cəriməni avtomobil sahibinin yox, etibarnamə ilə müvəqqəti sürən şəxsin ödəməli olduğunu deyir. Sahibi isə məhkəməyə müraciət edərək cərimənin məbləğini və əlavə xərclədiyi pulları da həmin şəxsdən tələb edə bilər.

Baş Dövlət Yol Polis İdarəsindən isə bildirilir ki, belə hallarda hüquqi şəxslər cəriməsini qanunla ödətdirir, fiziki şəxslər isə qarşı tərəflə danışıqlar yolu ilə məsələni aralarında həll edə bilir. Əks halda isə avtomobil sahibi cəriməni ödəməsə nəqliyyat vasitəsinə həbs qoyulur. Ümumiyyətlə isə cəriməsini ödəməkdən yayınanlar sürücülük hüququndan məhrum edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh