"Galenvageni" bu dəfə belə tüninq etdilər - FOTOLAR

Avtodünya 11 Yanvar 2017 02:46 Oxunub 3959
"Galenvageni" bu dəfə belə tüninq etdilər - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mansory"-dən "Mercedes-AMG G63"

"Mansory" tüninq atelyesi Mercedes-Benz G-Class üçün yeni təkmilləşdirmə proqramı təqdim edib. Yolsuzluq avtomobili yeni asma ilə təchiz edilib, daha enli olub, 840-güclü V8 mühərriki alıb. Avtosfer.az auto.az-a istinadən bildirir ki, yeni asma və təkər arkalarında enli əlavələr (avtomobil 40 mm daha enli olub) karbondan hazırlanıb və Gallenwagen-in bütün modifikasiyaları üçün yararlıdır. Dəstin qiyməti təqribən 19 min avrodur. "Mansory" təkmilləşdirilmiş G63 versiyası üçün mühərriki yeniləyib, onu yeni qazburaxma sistemi ilə təchiz edib. İki borusu olan 8-silindrli, 5,5-litrlik mühərrik indi əlavə 269 a.g. alıb.

Maksimal fırlanma anı indi 390 Nm artaraq 1150 Nm təşkil edir (elektronika ilə məhdudlaşdırılıb). Dinamik xarakteristika barədə məlumat verilmir. Standart G63 ilk yüzlüyü 5,4 saniyəyə yığır, maksimal sürəti isə 210 km/saatdır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh