BTQ dəmir yolu layihəsinə 166 mln. manat ayrılıb
Gündəm 11 Yanvar 2017 15:12 199 dəfə oxunub
BTQ dəmir yolu layihəsinə 166 mln. manat ayrılıb
Cari ildə bu məqsəd üçün 165 mln. 825 min manat vəsait xərclənəcək

Bu il Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə ayrılacaq vəsait məlum olub. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, cari ildə bu məqsəd üçün 165 mln. 825 min manat vəsait xərclənəcək. Bu, 2016-cı il ilə müqayisədə 28 mln. 203,3 min manat və ya 20,49% çoxdur.

Qeyd edək ki, bu, Azərbaycan prezidentinin Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında imzaladığı fərmanda əks olunub. 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh