Televizor pultunu oğurladı: 22 il azadlıqdan məhrum edildi – FOTO

Maraqlı 11 Yanvar 2017 15:15 Oxunub 1711
Televizor pultunu oğurladı: 22 il azadlıqdan məhrum edildi – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bramvell bundan əvvəlki cinayətləri də nəzərə alınaraq həbsə göndərilib

ABŞ-ın İllinois əyalətində Erik Bramvell adlı bir şəxs televizor pultunu oğurladığı üçün 22 il müddətinə azadlıqdan məhrum edilib. Avtosfer.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Erik Bramvel noyabr ayında təqsirkar olaraq həbs edilib və artıq yanvar ayında 22 il müddətinə həbs cəzasına məhkum edilib. 35 yaşlı Bramvel televizoru uzaqdan idarə edən pultu 2015-ci ilin avqust ayında Wheaton şəhərində yerləşən bir mənzildən oğurladığı və hadisə zamanı əlcəyini həmin mənzildə itirdiyi bildirilib.

Əlcəyində DNT-si aşkarlanan Bramvell yaxalanıb və məhkəməyə çıxarılıb. Şübhəlinin daha əvvəl bir neçə televizor oğurluğunda əli olduğu açıqlanıb. Hadisədə təqsirli bilinən Bramvell bundan əvvəlki cinayətləri də nəzərə alınaraq həbsə göndərilib.

 

Qeyd edək ki, ABŞ-da olan məhbusların sayı dünyanın ən yüksək göstəricilərindəndir. 2016-cı ildə açıqlanan hesabata görə, dövlət, yerli, federal və gənclərin saxlandığı həbsxanalarda 2,3 milyon məhkum var. //a24.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh