Üç milyondan çox sərnişinə xidmət göstərdi - “Bakı Avtovağzalı”
Gündəm 11 Yanvar 2017 15:27 335 dəfə oxunub
Üç milyondan çox sərnişinə xidmət göstərdi - “Bakı Avtovağzalı”
DANX məlumat yaydı

““Bakı Beynəlxalq Avtovağzal”ı ötən il 3 milyondan çox sərnişinə xidmət göstərib”. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.

 

Onun sözlərinə görə, 2016-cı il ərzində “Bakı Beynəlxalq Avtovağzalı”dan 129 min 252 reyslə 3 milyon 234 min 233 sərnişin daşınıb: “122 min 46 reyslə isə 3 milyon 17 min 36 şəhərlərarası sərnişin daşınması, 7 min 206 reyslə isə 217 min 197 beynəlxalq sərnişin daşınması həyata keçirilib”, - deyə Ş.Mehmanqızı sözlərinə əlavə edib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh