Formula 1-in kubokları dəyişdiriləcək

Avtoreyd 11 Yanvar 2017 16:11 Oxunub 1548
Formula 1-in kubokları dəyişdiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Martda kubokun dizayn işləri başa çatacaq"

2017-ci ildə Formula 1 Azərbaycan Qran Prisinin qaliblərinə veriləcək kubokların dizaynı dəyişdiriləcək və ötənilki kubokdan fərqlənəcək.

Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə eksklüziv olaraq Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, yarışın bütün, yəni dörd kubokunun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku) dizaynında dəyişikliklər ediləcək.

Dəyişikliklərin detallarının hələ məlum olmadığını deyən N.Arpadarai əlavə edib ki, hazırda kubokların dizaynı üzərində iş aparılır: "Martda kubokun dizayn işləri başa çatacaq".

Qeyd edək ki, ötən il kubokun dizaynı öndən baxdıqda Azərbaycanın rəmzi sayılan məşəli xatırladırdı. Belə ki, içi qızılı qırmızı rəngdə olan lövhə ilə əhatə olunmuş milli xalçadan ibarət gümüşü sütun suyun üzərinə yerləşdirilmişdi. Burada su özündə qələbəni əks etdirən Xəzər dənizini təmsil edir. Üst hissəsinə gümüş sütunun bərkidildiyi fundamentin ön üzündə Formula 1-in loqosu əks olunur. Bununla yanaşı, fundamentin yuxarı hissəsinə Azərbaycan bayrağının rənglərində olan üç halqa qoyulub. Kubok Azərbaycan xalqının inam, güc, birlik və şöhrətini təsvir edən bu elementlərin hamısını özündə birləşdirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh