Yolların mühafizə zolağında qanunsuz tikintilər aparılır - Piyadalar təhlükədə - VİDEO

Qaydalar 11 Yanvar 2017 22:49 Oxunub 1722
Yolların mühafizə zolağında qanunsuz tikintilər aparılır - Piyadalar təhlükədə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tikinti işləri yol çiynindən yox, ortasından hesablanmaqla aparılır

Bina yolun hərəkət hissəsinə o qədər yaxın tikilib ki, yer olmadığından tikinti materialları da avtomobillərin gediş-gəlişinə mane olur. Digər yaşayış binası da yolun mühafizə zolağında tikilib. Piyadalar məcbur olub yolun hərəkət hissəsindən istifadə edirlər. Həm yerli, həm də respublika əhəmiyyətli yolların mühafizə zolağında qanunsuz tikintilər aparılıb. Müşahidə zamanı Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi və Sabunçu rayonu Əsildar Məmmədəliyev küçəsində belə mənzərəyə rast gəldik. Tikinti işlərinin aparılması piyadalara da problem yaradır.

Tikinti işlərini aparan şirkətin nümayəndəsi deyir ki, ərazidə yaşayış binasının tikilməsi üçün Yasamal rayon İcra Hakimiyyətindən və digər orqanlardan icazə alınıb.

Sabunçu rayonu Əsildar Məmmədəliyev küçəsində - 3 saylı şəhər klinik xəstəxanasının yaxınlığında yerləşən bu yaşayış binası isə yolun mühafizə zolağında tikilib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, Nazirlər Kabinetinin əvvəlki qərarına əsasən mühafizə zolağı respublika əhəmiyyətli yolarda 30, yerli əhəmiyyətli yollarda 12 metr yarım idi. Bu məsafə yolların çiynindən hesablanırdı. Ancaq yeni qərarda tikinti işləri yol çiynindən yox, ortasından hesablanmaqla aparılır.

Qanunun tələblərini pozan fiziki şəxslər 1500 manatadək, hüquqi şəxslər 6-8 min manatadək, qanunsuz tikintiyə icazə verən vəzifəli şəxslər isə azadlıqdan məhrum edilməklə müvafizə miqdarda cərimə oluna bilərlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh