Ünvanına protokol gəlib, amma cərimənin miqdarı göstərilməyib - VİDEO

Xəbərlər 11 Yanvar 2017 22:57 Oxunub 1665
Ünvanına protokol gəlib, amma cərimənin miqdarı göstərilməyib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü cəriməni ödəmək istəsə də, "sıfır manat" məsələsi onu çətin vəziyyətə salıb

Sürət həddini aşdığı üçün radara düşüb, lakin protokolda cərimənin miqdarı sıfır manat göstərilir. Xaçmaz sakini Zöhrab Davudov əvvəlcə bunu zarafat zənn etsə də sonradan gerçək olduğu dəqiqləşib. Onun dediyinə görə, ötən il yanvarın 18-də minik avtombili ilə Gəndob-Yalama yolunda sürət həddini aşıb və radara düşüb. Nəqliyyat vasitəsini 60 km/saat sürət həddi qoyulan yolda 77 km/saat sürətlə idarə etdiyinə görə barəsində inzibati protokol tərtib olunub. Lakin protokolda ödəniləcək cərimənin miqdarı sıfır manat göstərilib.

Zöhrab Davudovun sözlərinə görə, yol polisi əməkdaşları tez-tez idarə etdiyi maşını saxlayaraq cərimənin ödənilməsini tələb edirlər. Lakin cəriməni ödəmək üçün banka yaxınlaşdıqda ödəməni həyata keçirməyin mümkün olmadığı bildirilir.

Sürücü cəriməni ödəmək istəsə də, "sıfır manat" məsələsi onu çətin vəziyyətə salıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh