Taksi dərdi - Müştərinin geyiminə baxıb qiymət oxuyurlar - VİDEO

Yazarlar 11 Yanvar 2017 23:00 Oxunub 1548
Taksi dərdi - Müştərinin geyiminə baxıb qiymət oxuyurlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda rəngarəng taksilərin qiymətləri də fərqlidir

Bakıda rəngarəng taksilərin qiymətləri də fərqlidir. Hətta eyni model avtomobillərlə eyni məsafəni fərqli qiymətə aparırlar. Gedəcəyin yerin qiymətini bir neçə taksidən soruşursan, hərəsi bir qiymət deyir. Vətəndaşlar iddia edir ki, taksi sürücüləri müştərinin geyiminə, görünüşünə baxıb qiymət oxuyur. Fərdi sürücülərdən əlavə taksi xidməti göstərən şirkətlər bir -biri ilə rəqabətə görə daha ucuz işləməyə çalışsalar da, qiymətləri hədsiz fərqlidir. Hətta eyni istiqamətə 2 dəfə baha qiymət deyənlər də var.

Bakı Nəqliyyat Agentliyindən bildirdilər ki, taksilərin fərqli qiymətlərlə, bəzən isə çox baha işləmələrindən xəbərdardırlar. Hətta uzun müddətdir bununla bağlı agentlikdə xüsusi araşdırmalar aparılır.

Bəs vahid qiymətə keçid prosesi nə vaxt baş tutacaq? Agentlik bəyan edir ki, bunun üçün əvvəlcə bütün taksi şirkətləri və taksi sürücüləri fərqlənmə nişanı almalıdır.

Hazırda Bakıda taksilərin bir çoxu fərqlənmə nişanı alsa da, almayanlar daha çoxdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh