Qubada azyaşlını avtobus vurub
Qəzalar 11 Yanvar 2017 23:09 210 dəfə oxunub
Qubada azyaşlını avtobus vurub
Yaralı xəstəxanaya çatdırılıb

Quba rayonunda azyaşlını avtobus vurub. Hadisə rayonun Timiryazev qəsəbəsində baş verib. Qəsəbə ərazisində yolu keçmək istəyən 2009-cü il təvəllüdlü Yusifov Aydın Ramin oğlunu marşrut avtobusu vuraraq xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb. Həkimlər A.Yusifova qapalı kəllə beyin travması, sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol diz oynağının oynaqdaxili sınığı diaqnozu qoyublar. 

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır. 

 

"Report"

ŞƏRH YAZ
Ad
E-mail
Şərh