Sürücüsü hərəkəti düzünə davam etdirmək üçün nə etməlidir? – YENİ SUAL

Yarışma 12 Yanvar 2017 20:28 Oxunub 6608
Sürücüsü hərəkəti düzünə davam etdirmək üçün nə etməlidir? – YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual nişanlanma xətləri və nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi və manevr etmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu vəziyyətdə sürücüsü hərəkətini düzünə davam etdirmək üçün nə etməlidir?

a)  Sola dönən yük avtomobilini yol çiynindən istifadə etməklə sağdan ötərək hərəkətini davam etdirməlidir;

b) Sola dönən yük avtomobili yolu boşaltdıqdan sonra hərəkətini davam etdirməlidir;

c) Bunların hər ikisini edə bilər.

QEYD: Cavabları yalnız sualların altındakı xanada yazasınız.

Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Suala doğru cavab verib qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanacaq (Smsradar.az – 055 288 11 27).

Avtosfer.az saytı isə sualın qalibinə 5 manatlıq danışıq kartı hədiyyə edəcək. (0703351559)

 

 http://avtosfer.az/upload/news/ea369f.jpg

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Raqif 13 Yanvar 2017 06:40
12 yanvar saat 20:33 de B cavab olaraq sherh yazmisham niye gostermirsiniz:
Gasim 13 Yanvar 2017 03:50
C bendi. Her iki usulla da yuk masinini kece biler. Orda bir mehdudiyyet yoxdur..yol hereketi tehlukesizliyine riayet etmelodir sadece..
Elşən 13 Yanvar 2017 01:09
c Bunların hər ikisini edə bilər.
Elvin 13 Yanvar 2017 00:25
C
Elnur 12 Yanvar 2017 22:20
b Sola dönən yük avtomobili yolu boşaltdıqdan sonra hərəkətini davam etdirməlidir;