Müştəri gözləyirdi, maşın vurdu - Bakıda ağır yol qəzası
Qəzalar 12 Yanvar 2017 01:31 294 dəfə oxunub
Müştəri gözləyirdi, maşın vurdu - Bakıda ağır yol qəzası
“Mercedes” markalı avtomobil yol kənarında dayanan piyadanı vurub

Nərimanov rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı bir nəfər dünyasını dəyişib. Hadisə Teymur Əliyev küçəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil yol kənarında dayanan Cəsarət İsayevi vurub. Zərbə ilə yerə yıxılan Cəsarət İsayev asfalta çırpılıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib. Hadisənin şahidlərinin sözlərinə görə, Cəsarət İsayev taksi fəaliyyəti ilə məşğul olub. Hadisə vaxtıda yol kənarında dayanıb müştəri gözləyirmiş.

Hadisəni törədən sürücü saxlanılıb.

 

yeniçağ.az 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh