Sürücü sağ hərəkət zolağına yerdəyişmə edə bilərmi? - DOĞRU CAVAB

Yarışma 12 Yanvar 2017 02:37 Oxunub 6506
Sürücü sağ hərəkət zolağına yerdəyişmə edə bilərmi? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual nişanlanma xətləri və nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydası ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Sürücü sağ hərəkət zolağına yerdəyişmə edə bilərmi?

a) Əgər yaxınlaşmaqda olan avtobus yoxdursa, edə bilər;

b) Sağdan ötmə qadağan olunduğundan edə bilməz;

c) Avtobuslara mane olmamaq şərtilə sağda dayanaraq sərnişin düşürmək məqsədilə edə bilər.

Sualın doğru cavabı belədir: «Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinin IV hissəsinə əsasən, 5.9, 5.10.1, 5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, digər nəqliyyat vasitələrinə  hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneəyaratmamalıdır.  Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Sürücü avtobuslara mane olmamaq şərtilə sağda dayanaraq sərnişin düşürmək məqsədilə sağ hərəkət zolağına yerdəyişmə edə bilər.

Suala ilk doğru cavabı Füzuli adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

 http://avtosfer.az/upload/news/ea369f.jpg

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh