XƏBƏR LENTİ
Şamaxıda təhlükə: 3 kəndlə əlaqə kəsilə bilər - VİDEO
Avtomobili çəkiclə əzilən yol polisi işdən çıxarılıb
Bakının mərkəzində küçəni zibilləyən sürücü kameraya düşdü - VİDEO
Qəza törədən sürücü məqalə yazıb özünü sərt - Tənqid etdi
Qəzada ölən icra başçısı köməkçisinin şəriki olan polis kimdir? - ''Şərəfsizlikdir''
Yeddi nəfərin başı kəsilmiş cəsədi tapıldı - Taksidə
“Mercedes” yandı – Bakıda
Qatar qəzasında ölənlərin sayı 41 nəfərə çatıb
Sabaha olan hava proqnozu AÇIQLANDI
Avtomobili əlindən alınaraq bıçaqlanan taksi sürücüsü öldü
Avstraliya aeroportlarında pasport yoxlaması olmayacaq
Londonda 100-ə yaxın reys təxirə salındı
70 yaşlı qadın faciəvi şəkildə həyatını itirdi - Bakıda
''Həmin “həkim” qadın polislərlə əlbir işləyir...'' - YPX-nin “Maliki” KİMDİR?
Avtomobil dirəyə çırpıldı: sürücü ölüb - Şirvanda
Ağsu dolaylarında avtomobillərin hərəkəti bərpa olundu
Bakı Şəhər Halqasının stendi böyük marağa səbəb olub - FOTO
Ağır yol qəzası: 3 ölü, 7 yaralı
SOCAR Türkiyədə yeni yanacaqdoldurma şəbəkəsi yarada bilər
“Avtomotoservis” özəlləşdirilir
Moskva aeroportlarında 36 reys təxirə salınıb, 11-i gecikir
Avtomobillərdən akkumlyatorlar oğurlanıb - Salyanda
Ali Baş Komandan İlham Əliyev yeni hərbi şəhərciyin açılışında iştirak edib
Böyük Şor-Sabunçu dəmir yolu əsaslı təmir olunur - FOTO
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2-3 aya tamamlanacaq
Ölümlə nəticələnən yol qəzası törədən şəxsin cəzası yüngülləşdirilib
Bişkek yaxınlığında qəzaya uğramış təyyarədə ölənlərin sayı 39 nəfərə çatıb
İki avtomobil toqquşdu: 5 ölü, 4 yaralı
Formula 1-də Berni Ekklstoun erası başa çatır
Hərbi vertolyot qəzaya düşdü: 1-i general olmaqla, 6 nəfər öldü
Digər xəbərlər
Get Adobe Flash player
YOL QƏZALARININ VİDEOSU
Gündəm / 12 Yanvar 2017
"Heybət" stansiyasında yeni yoldəyişən quraşdırılır - FOTO
11:34
184
"Heybət" stansiyasında yeni yoldəyişən quraşdırılır - FOTO
Loading...
Bunun əvvəlki yoldəyişənlərdən fərqi qurğunun cütləşdirilmiş şəkildə baş yolların arasında birləşdirici xarakter daşımasıdır

Azərbaycan dəmir yolunda sayca 9-cu yeni yoldəyişən "Heybət" stansiyasında quraşdırılır. Proses iki gün davam edəcək. Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. "Bu yoldəyişənin əvvəlkilərdən fərqi qurğunun cütləşdirilmiş şəkildə baş yolların arasında birləşdirici xarakter daşımasıdır", - deyə S.Qədirova əlavə edib.

Qeyd edək ki, köhnə yoldəyişənlərin alt quruluş hissələri ağac şpaldan yığılırdı və istismar müddətinin az olması həm texniki, həm də maddi baxımdan əlverişli deyildi. Yeni layihədə daha üstün və fərqli bir üsuldan istifadə olunur. Alt quruluş hissələrinin, yəni şpalların və tirlərin dəmir-betondan hazırlanması, yoldəyişənlərin yeni tərtibatda işə tətbiqi yol təsərrüfatında uzunömürlülük baxımından dəyişmələrə səbəb olacaq. Yoldəyişən qurğuların tirlərinin hazırlanması üçün Türkiyə şirkəti tərəfindən Ələt şpal zavodunda yeni sex açılıb. Tirlərin hazırlanmasında istifadə edilən bütün metal hissələr Qazaxıstandan gətirilir. Xüsusi ağırlığa malik olan yoldəyişənləri mənzil başına daşımaq üşün Rusiyadan yeni quruluşlu platforma vaqonlar, həmçinin qurğunun qoyulması və sökülməsində istifadə edilən UKS tipli yeni kran alınıb. Bu texnika Azərbaycan dəmir yolunda ilk dəfə istismar olunur.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb.

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda, 2016-cı ilin sentyabr ayından etibarən yeni yoldəyişənlərin quraşdırılmasına da başlanılıb. Yeni yoldəyişən qurğuların yığılması üçün Səngəçal istehsalat bazasının ərazisində xüsusi meydança tikilib. Sağ və sol təmayüllü yoldəyişən qurğuların quraşdırılması üçün tikilən meydançanın uzunluğu 90 metr, eni 16 metr təşkil edir. Bu meydançada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır.

 

Emin

Oxunub: 184
Foto
Şərh yaz
Ad
E-mail
Mesajınız
Digər xəbərlər