“Bakı Bus”larda "Wi-Fi" niyə işləmir? - AÇIQLAMA
Gündəm 12 Yanvar 2017 12:02 429 dəfə oxunub
“Bakı Bus”larda "Wi-Fi" niyə işləmir? - AÇIQLAMA
"Bu istiqamətdə işlər görürük"

“Bakı Bus” (Baku Bus) avtobuslarında  "Wi-Fi" sistemi qurulsa da, hələlik aktiv deyil. Avtosfer.az xəbər verir ki, bu sözləri “Bakı Bus”un nümayəndəsi avtobuslarda "Wi-Fi"ın niyə işləməməsi haqda axar.az-a danışarkən deyib. O, yaxın zamanda avtobuslara “Vay-Fay”ın fəaliyyətə başlayacağını bildirib: “Bu istiqamətdə işlər görürük. Yaxın vaxtlarda sərnişinlər “Bakı Bus” avtobuslarında  "Wi-Fi" xidmətindən yararlana biləcəklər”.

Qeyd edək ki, sərnişinlər tez-tez “Bakı Bus” avtobuslarında  "Wi-Fi" işarəsi olmasına rəğmən, bu xidmətdən yararlana bilmədiklərindən şikayətlənirlər.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh