Gizli UNO videosunu yayımladılar - VİDEO
Gündəm 12 Yanvar 2017 20:00 454 dəfə oxunub
Gizli UNO videosunu yayımladılar - VİDEO
Hadisə Santyaqonun qərbində baş verib

Çili hökuməti yeni video material paylaşıb. Çilidə Santyaqo səmasında lentə alınmış UNO videosu yayımlanıb. Çilinin atmosferdə anomal hadisələrin tədqiqatı ilə məşğul olan dövlət komitəsi video yazını incələyərək açıqlama verib. Komitədən verilən açıqlamaya əsasən, Çili pilotları 2014-cü ildə səmada UNO lentə alıblar. Hadisə Santyaqonun qərbində baş verib.

Naməlum uçan obyekt 11 noyabr 2014-cü il tarixində hərbi pilotlar tərəfindən qeydə alınıb. Pilotlar Çili paytaxtı yaxınlığında sahil sektorunu yoxlayarkən naməlum obyektlə qarşılaşıblar. Hərbçilərdən biri UNO-nun yastı, iki istilik mərkəzi olan qurğuya bənzədiyini bildirib.

Video materialdan da göründüyü kimi, boşluqdan peyda olan obyekt qəflətən də buludların arxasında yoxa çıxır. Mütəxəssislər bildiriblər ki, obyekt quş, kosmik zibil parçası, həşərat, təyyarə, paraşütçü, deltaplan və ya anomal hadisə deyil.

Avtosfer.az ölkə.az-a istinadən UNO videosunu təqdim edir:

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh