Bütün dünya üçün əlamətdar hadisə

Texnologiya 12 Yanvar 2017 19:30 Oxunub 1744
Bütün dünya üçün əlamətdar hadisə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Niderlandda qatarlar külək enerjisi ilə işləməyə başlayıb

Niderlandda bütün dəmiryolu qatarları küləklə işləyən elektrostansiyaların enerjisi ilə təmin olunmağa başlayıb. Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə qatarlarının küləyin gücü ilə hasil edilən elektriklə təchiz edilməsinə keçməsi Avropa dövləti ilə yanaşı, bütün dünya üçün əlamətdar hadisə hesab olunur. Niderland dəmir yollarında qatarların hərəkətinin külək elektrostansiyalarının hasil etdiyi enerji ilə işləmə texnologiyasını tətbiq edən ilk ölkədir. Məlumata görə, generatorun bir saat işləməsi qatarın 200 km məsafəni qət etməsinə kifayət edəcək. Bundan əvvəl Niderlandda qatarların külək elektrostansiyalarının enerjisinə keçməsi 2018-ci ilə nəzərdə tutulmuşdu. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh