"Kəmərləri bağlayın, uçurdacam sizi" - Bakıda divara girən avtobusda ŞOK OLAY

Xəbərlər 12 Yanvar 2017 15:43 Oxunub 5551
"Kəmərləri bağlayın, uçurdacam sizi" - Bakıda divara girən avtobusda ŞOK OLAY
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlər qorxudan özlərini pəncərədən çölə atıb

Bakının Nərimanov metrosu yaxınlığında ağır qəza baş verib. Avtobus şoferinin məsuliyyətsizliyi ucbatından idarə etdiyi 20 nömrəli avtobus divara çırpılıb. 9-cu sinif şagirdinin atası müharibə veteranı, ehtiyatda olan zabit Qənbərov Aslan övladının həyatı üçün çox qorxduğunu təlaş içində big.az-a danışıb: "Övladım 9-cu sinif şagirdidir, kursa gedir. Həmin gün də avtobusda olub. Avtobus sürücüsü görüb ki, cədvəllə ondan arxada qalan sürücü onu ötüb, keçib. Bu da əsəbiləşib. Zəng edib o sürücüyə ki, indi mən gör səni necə ötüb keçərəm. Sonra deyib ki, ay camaat hazırlaşın uçurdacam sizi, kəmərləri də bağlayın. Avtobus sürücüsünün öz oğlu da avtobusda olub, uşaq çox qorxub, ata-ata qışqırıb. Camaat görüb ki, bu sürücünü sakitləşdirə bilmirlər. Artıq qəza baş verən dəqiqələrdə hamı özünü pəncərələrdən çölə atıb. Oğlum da elə... Avtobusun şüşəsini sındırıblar, insanlar özlərini çölə atıblar. Belə məsuliyyətsizlik, səriştəsizlik olar? Axı o avtobus sürücüsünün nə haqqı var ki, bizim balalarımızın həyatı ilə oynasın? Mən özüm 102-yə müraciət etmişəm. Hadisə baş verəndən sonra oğlum əsə-əsə, stress içində kənarda dayanıbmış, bir qız görüb uşaq özündə deyil, ona kömək edib evə gətirib". 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh